...

Biz Çempionlar Liqasının qrup mərhələsini adlamaq gücündəyik - "AzərReyl" -in kapitanı

Cəmiyyət Materials 21 Noyabr 2007 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Biz Çempionlar Liqasının qrup mərhələsini adlamaq və pley-offa çıxmaq gücündəyik" Bu barədə Trend -ə Çempionlar Liqasının qrup mərhələsinin startı ərəfəsində "AzərReyl" -in kapitanı Oksana Quliyeva məlumat verib. İdmançı etiraf edib ki, bu mərhələdə bir nömrəli vəzifə Yelena Parxomenko,Oksana Məmmədyarova və Lidiya Maksimenkonun müxtəlif səbəblərdən meydanda olmamasını nəzərə alıb, gənclərin tərbiyələndirilməsidir. "Biz hamımız yığmanın tərkibində bir neçə vacib yarışlarda çıxış edib, yorucu mövsüm keçirtmişik Qızlar fiziki cəhətdən yorulublar, amma düşünürəm ki, onlar avrokubokun startınadək bərpa olunacalar. Biz həmişə yüksək hədəfləri izləyirik və buna görə də, düşünürəm ki qrup mərhələsini adlamaq tamamilə bizim gücümüzdədir" - Quliyeva qeyd edib. Dəmiryolçular ilk oyunlarını səfərdə Odintsovodan olan "Zareçya" - ya qarşı keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti