...

Eyyub Yaqubov satirik mövzulu mahnısına klip çəkdirəcək

Cəmiyyət Materials 21 Noyabr 2007 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

"Space" in "8-104" verilişinin bu günkü qonağı Eyyub Yaqubov oldu. Verilişə zəng vuran tamaşaçılar bu seçimi alqışladılar. Həmkarlarından fərqli olaraq, E.Yaqubov pərəstişkarlına daha çox mahnı ərməğan etdi. Aparıcı ilə söhbət əsnasında yaradıcılığı və gələcək planları barədə məlumat verən müğənni bunları söylədi: "Hazırda Mikayıl Müşfüqün sözlərinə Elçin İmanovun bəstəsində "Həyat sevgisi" adlı mahnı üzərində işləyirəm. Solo konsert verməyi də planlaşdırıram. Satirik mövzuda olan "Qaqaşdı bu, kişidi bu" mahnısına klip çəkdirməyi nəzərdə tuturam. Yeniliklər çoxdur, inşallah, özünüz görəcəksiniz. Demə liyəm ki, mənə fanatlarım güc verir. Onlar olmasa, mən də olmaram".

Xəbər lenti

Xəbər lenti