...

Azərbaycan Milli Ordusunun zabitinin Macarıstandan ekstradisiyası üçün tədbirlər görülməyə başlanıb

Cəmiyyət Materials 22 Noyabr 2007 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan tərəfi erməni zabiti Qurqen Markaryanı öldürməkdə ittiham olunan Milli Ordunun zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülməyə başlanıb. Bu barədə cümə axşamı jurnalistlərə Səfərovun hüquqlarının müdafiə komitəsinin üzıü Azay Quliyev bildirib.

"Budapeştdə həbsdə olan Ramil Səfərov Azərbaycanın və Macarıstanın imzaladığı beynəlxalq konvensiyalar və hüquq çərçivəsində ekstradisiya edilə bilər", Quliev deyib.

Budapeşt şəhər məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Silahlı Qüvvələrinin zabiti hazırda Macarıstandakı istintaq təcridxanasında saxlanılır.

Quliyev bildirib ki, Səfərovun ektsrdisiyası üçün Macarıstan hökuməti ilə danışıqlar aparılır. Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri Vardan Oskanyanın Səfərovun Azərbaycana ekstradisiya olunmasının mümkünsüzlüyü barədə mətbuata açıqlamasının heç bir əsası yoxdur.

"Oskanyan belə bəyanat verməklə, şou yaradır və Ermənistan ictimayyətində siyasi xal qazanmaq istəyir" - millət vəkili əlavə edib.

Ermənistan xarici işlər naziri Oskanyan bir müddət öncə ölkə mətbuatına Azərbaycan Milli Ordusunun zabiti Səfərovun ekstradisiyasının mümkün olmadığı barədə açıqlama verib.

Xəbər lenti

Xəbər lenti