...

Aygün Kazımova Nəsib Nurun verlişində tufan qopardı

Cəmiyyət Materials 22 Noyabr 2007 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Bu gün "8-104" - də tufan qopub -- verilişin qonağı əməkdar artist Aygün Kazımova idi.

Son plastik əməliyyat nəticəsində 6 kq arıqlayan müğənni aparıcı ilə söhbətində yaradıcılığı barədə ətraflı məlumat verdi. "Dekabrın əvvəllərində klip çəkilişlərinə başlayacağam. Klipimin rejissoru Ülviyyə Könül olacaq. İlin sonunadək yeni albomum işıq üzü görəcək. Ola bilsin ,2008-ci ildə solo konsertlə də çıxış edim. Lakin bu, əvvəllər verdiyim konsertlər kimi geniş layihəli olmayacaq". Kazımova pərəstişkarlarına söz verdi ki, 2008-ci ildə onu sevənlər müğənninin qeyri-adi layihələrinin şahidi olacaqlar. Formada qalmaq üçün ən çətin plastik əməliyyatlardan belə qorxmadığını deyən.Kazımova bildirdi ki, o, bu addımları ilə pərəstişkarların arzusunu reallaşdırır. Sonda müğənni "belə əmliyyatlara getmək hər müğənnin işi deyil"- dedi.

Xəbər lenti

Xəbər lenti