...

Klipmeyker Pünhan Həsənli: "Çəkilən kliplər bir araya cəm olmalı və ekspertlərin ixtiyarına verilməlidir"

Cəmiyyət Materials 26 Noyabr 2007 12:33 (UTC +04:00)

Azərbaycan, Baık, 26 noyabr /müx. TrendLife Laləndə İsmayılova/

Klipmeyker Pünhan Həsənli hesab edir ki, klip xammaldır və onun ritmi, estetikası, məzmunu qəbul edilməlidir. Amma özümüzə gəlincə, Azərbaycanda klip bazarının olmamasını təəssüf hissilə vurğulayır. Bəs klip bazarının olması üçün vacib olan şərtlər hansılardır?. P.Həsənlinin TrendLife-a verdiyi məlumata görə, özümüzü Avropa, Rusiya və Türkiyəyə oxşatmadan klip simamızı yaratmalıyıq. Bunun üçün ssenaristlər, virtual studiyaLar, kompüter texnikası, kinoplyonka və s. olmalıdır.

Rejissor kliplərin keyfiyyətini müəyyənləşdirmək üçün xaricdən eksperlər qrupunun dəvət edilməsini gərəkli saydı. Qeyd etdi ki, Azərbaycanda peşəkar klipmeykerlik institutu olmadığından, Azərbaycana ekspertlər dəvət etmək, treninqlər keçirmək lazımdır: "Ümumiyyətlə, Azərbaycanda çəkilən bütün kliplər bir araya cəm olmalı və həmin ekspertlərin ixtiyarına verilməlidir. Qoy onlar peşəkar olaraq kliplərin keyfiyyətini müəyyən etsinlər".

Xəbər lenti

Xəbər lenti