...

Azərbaycanlı qrossmeyster: "Dünya Kubokunun 1/32 finalına düşmək üçün əlimdən gələni edəcəyəm"

Cəmiyyət Materials 26 Noyabr 2007 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ "Məndən asılı olan hər bir şeyi edəcəyəm ki, Dünya Kubokunun 1/32 finalına düşüm". Bu barədə Trend ə azərbaycanlı qrossmeyster Rauf Məmmədov Hanta-Mansiyskdə keçirilən yarışmanın taym-breyki zamanı bildirib.

Şahmatçı qeyd edib ki, əsas raundun iki partiyasının heç-heçə başa çatması sürətli şahmatda ona uğur qazanacağına ümid etmək hüququ verir. "Əlbəttə, mən heç-heçə oynamadım, lakin bizim hamımızı birinci görüş üzüb. İndi özümə gələ bilmişəm və ciddi mübarizəyə hazıram" - deyə Məmmədov bildirib.

Rauf karyerasında ilk dəfədir ki, Dünya Kubokunda çıxış edir.

Xəbər lenti

Xəbər lenti