...

Prokuror "Sepah"la əməkdaşlıqda təqsirləndirilən 15 nəfərlik qrup üzvlərinə 179 il iş istəyib

Cəmiyyət Materials 26 Noyabr 2007 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Prokuror İranın hərbiləşmiş xidməti "Sepah"la əməkdaşlıqda təqsirləndirilən 15 nəfərlik qrup üzvlərinə 179 il iş istəyib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Səid Dadaşbəylinin rəhbərlik etdiyi qrup üzvlərinin işi üzrə bazar ertəsi keçirilən prosesdə prokuror çıxış edib.

İislam dövləti yaratmaq məqsədilə hakimiyyətin zorla ələ keçirilməsinə hazırlaşmaqda, dövlətə xəyanətdə ittiham olunan qrup üzvlərinin istintaqı Milli Təhlükəsizlik nazirliyinin Baş İstintaq İdarəsi tərəfindən aparılıb.

Məhkəmədən bazar ertəsi Trend ə bildirilib ki, prokurorSəid Dadaşbəyli, Ceyhun Əliyev, Rəşad Əliyev, Cahangir Kərimova 15, Rasim Kərimov, Samir Qocayev, Fərid Ağayev, Bəybala Quliyevə 14, Mikayıl İdrisov, Emin Mehbalıyevə 13, Rəşad İsmayılov, Faiq İsmayılov, Mübariz Süleymanova 10, Fətulla Bədirova 4, Zaur Orucova 3 il iş istəyib.

Prokurorun çıxışından sonra vəkillərin bir qismi müdafiə çıxışı edib. Onlar prokurorun təqsirləndirilənlərə ağır cəza istəməsindən narazılıq ediblər.

Proses sabah vəkillərin çıxışı ilə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti