...

İlin sonuna qədər Azərbaycanın bütün məktəbləri İnternet şəbəkəsinə qoşulacaq -təhsil naziri

Cəmiyyət Materials 27 Noyabr 2007 14:14 (UTC +04:00)
İlin sonuna qədər Azərbaycanın bütün məktəbləri İnternet şəbəkəsinə qoşulacaq -təhsil naziri

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Azərbaycan Təhsil Nazirliyi orta məktəblərin kompyuterləşməsi üçün bir sıra layihələr həyata keçirir. "İlin sonuna qədər Azərbaycanın bütün məktəbləri kompyuterlə təmin edilib, İnternet şəbəkəsinə qoşulacaq" çərşənbə axşamı Yevlax rayonunda səfəri çərçivəsində jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

Azərbaycanda 2005-ci ildə ümumtəhsil məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı ilə bağlı Dövlət Proqramı qəbul edilib. Dövlət Proqramına əsasən, 4521 məktəb kompyuter avadanlığı ilə təchiz olunacaq və İnternetə qoşulacaq. Hər 33 şagirdə bir kompyuter düşəcək. Proqram ilin sonunda başa çatacaq.

Nazir bildirib ki, proqram nəticəsində orta məktəblərdə informatika fənninin tədrisi ilə bağlı əlavə müəllimlər işə götürüləcək. Mərdanov deyib ki, Azərbaycanın iri şəhər və rayonlarında müəllimlərin sayı çoxdur. "Ucqar kəndlərdə isə müəllim çatışmazlığı var. Bunun aradan qaldırılması üçün layihələr həyata keçiriləcək" nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti