...

Azərbaycanlılar Moskada Kremel sarayını dolduracaqlar

Cəmiyyət Materials 5 Dekabr 2007 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /müx. TrendLife Cavid Osmanov/

Nüşabə Ələsgərli xaricdə yaşayan pərəstişkarlarına sürpriz hazırlayıb. Müğənni bunu TrendLife-a açıqlamasında bildirib.

-Gələn ilin mart ayında Moskvada konsert verəcəyəm. Hazırda təşkilatı işlərlə məşğulam.

-Sizi Moskaya kim dəvət edib?

-Moskvada bizim çoxlu həmyerlilərimiz və güclü diasporumuz var. Ora məhz onların dəvəti ilə gedirəm.

-Konsert harada təşkil olunacaq?

- "Ostankino" studiyasında artıq konsertim olub. Düşünürəm ki, bu dəfəki çıxışımı Kremel sarayında gerçəkləşdirim. İnanıram ki, zal bütünlüklə dolacaq. Mən özümə əminəm .

Xəbər lenti

Xəbər lenti