...

Nazir müavini həbsdə olan sabiq səhiyyə nazirinin stasionar mülicəsinə ehtiyac görmür(video)

Cəmiyyət Materials 6 Dekabr 2007 12:51 (UTC +04:00)
Nazir müavini həbsdə olan sabiq səhiyyə nazirinin stasionar mülicəsinə ehtiyac görmür(video)

Azərbaycan, Bakı Trend müxbir K.Zərbalıyeva/ Həbsdə olan sabiq səhiyyə nazirinin stasionar mülicəsinə ehtiyac yoxdur. Bunu jurnalistlərə açıqlamasında cümə axşamı ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov deyib.

Ədliyyə naziri yanında İctimai Komitə sabiq səhiyyə naziri Əli İnsanov, onun bacısı oğlu Anar Namazov, "Yeni Nəsil"Gənclər Hərəkatının sədri Ruslan Bəşirli və "Noto-bene" qəzetinin əməkdaşı Fərəməz Allahverdiyevin müalicəsinə imkan yaradılması üçün Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlik Allahverdiyevin 4 saylı Xəstəxanada əməliyyat olunmasına razılıq verib və şənbə günü məhkum jurnalist xəstəxanaya köçürüləcək.

Nazir müavini bildirib ki, Ədliyyə Nazirliyinin Baş Səhiyyə İdarəsinin əməkdaşları cəzaçəkmə müəssisələrində hər bir məhkuma tibbi baxış keçirir və məhkumların səhhətini diqqətdə saxlayır.

Onun sözlərinə görə, məhkumların hansısa birində ciddi xəstəlik aşkar olunduğu halda Müalicə Müəssisəsinə köçürülür və orada mütəxəssislər tərəfindən müayinədən keçirilir. "Əli İnsanovda, Ruslan Bəşirlidə ciddi bir xəstəliyin olduğunu eşitməmişəm. Onların Müalicə Müəssisəsinə köçürülməsinə ehtiyac görülmür və məhkumlar da belə bir müraciət etməyib. Səhhətlərində problem yarandığı vaxt müəssisənin tibb sanitar hissəsində müalicələri həyata keçirilir" - deyə nazir müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti