...

Elariz Məmmədoğlu və Xuraman Şuşalı arasında nə baş verir?

Cəmiyyət Materials 6 Dekabr 2007 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /müx. TrendLife Cavid Osmanov/

Şou-biznes nümayəndələri bir-birləri ilə çox tez-tez görüşür, əməkdaşlıq edirlər. Belə görüşlər bəzən sevgiyə çevrilir. TrendLife müxbiri bu dəfə müğənni Elariz Məmmədoğlu və Xuraman Şuşalını birlikdə yaxalayıb. Əməkdaşımız Elarizin Xuramanı gah qucaqladığını, gah da qulağına nəsə pıçıldadığını müşahidə edib. Məsələyə aydınlıq gətirmək və müğənnilər arasında nə baş verdiyini öyrənmək üçün suallarımızı Elarizə ünvanladıq. "Bəli, biz bir-birimizi sevirik. Burda təəccüblənəcək nə var. Mən onu bir insan kimi çox istəyirəm. Xuraman müğənni kimi tanınmamışdan əvvəl kömək üçün dəfələrlə mənə müraciət edib. Mən də ona kiminlə əməkdaşlıq etməsi barədə məsləhətlər verirdim. O isə yaxşılığı unutmur. Xuramanı bu cəhətlərinə görə çox istəyirəm" - deyə E.Məmmədoğlu söylədi.

Xəbər lenti

Xəbər lenti