...

Müğənni Xatirə İslam "Şeron" qrupunun solistini təhqir edib

Cəmiyyət Materials 6 Dekabr 2007 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /müx. TrendLife Cavid Osmanov/

Şou-biznes aləmində növbəti qalmaqal başlayıb. "Lider" TV-nin "Vur çatlasın" verilişinin Yeni il şənliklərinin çəkilişində müğənni Xatirə İslam və "Şeron" qrupunun solisti Rüstəm Zeynalov arasında baş verən insident TrendLife-ın diqqətindən yayınmayıb. Hadisə zamanı Xatirənin Rüstəmi nalayiq söyüşlərlə təhqir etməsinin şahidi olduq. Məsələyə aydınlıq gətirən Xatirə əməkdaşımızla söhbətdə belə deyib: "Mən ondan əvvəl mahnımı oxumaq üçün icazə aldım. O, isə üzündəki ifadə ilə bildirdi ki, narazıdır. Sonra mənə arxasını çevirib, çıxıb getdi. Buna görə Rüstəmi çağırıb dedim ki, qoy o, birinci oxusun, mən gözləyərəm. Lakin Rüstəm mənə heç qulaq belə asmaq istəmədi. Əsəbimdən özümü saxlaya bilməyib, onu söydüm".

Xəbər lenti

Xəbər lenti