...

İnsan hüquqları günü ilə bağlı Bakıda avtoyürüş keçirilib

Cəmiyyət Materials 10 Dekabr 2007 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "İnsan Hüquqları XXI əsr-Azərbaycan" Fondu və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası bazar ertəsi İnsan Hüquqlarına dair Ümumdünya Bəyannamənin qəbul edilməsinin 59-cu ildönümü ilə əlaqədar Bakıda avtoyürüş təşkil edib. Bu barədə Trend ə Assosiasiyadan məlumat daxil olub.

Aksiyanın təşkilində məqsəd Azərbaycanda insan haqları sahəsinə xüsusi önəm verilməsini dünyaya nümayiş etdirmək və bu günün Azərbaycanda da qeyd olunmasını ənənəyə çevirməkdən ibarətdir.

Avtoyürüşdə 10-dan artıq avtomobil sahibi iştirak edib. Avtomobillər insan haqları ilə bağlı şüarlarla bəzədilərək və DYP patrul maşınının müşayiəti ilə gün ərzində bir neçə saat şəhərdə dövr ediblər. Yürüş iştirakçıları insanların sıx olduğu yerlərdə dayanaraq insan hüquqlarına dair ədəbiyyatlar paylayıblar.

Yürüşün sonunda aksiya iştirakçıları Bakı şəhərində yerləşən 2 internat məktəbinə baş çəkərək kimsəsiz uşaqlarla görüşlər kçirib, onlara uşaq hüquqları ilə bağlı ədəbiyyatlar və hədiyyələr paylayıblar.

Xəbər lenti

Xəbər lenti