Azərbaycan, Bakı, 13 dekabr /müx. TrendLife Türkan İmaməliyeva/
Müğənni Nüşabə Ələsgərlinin başı yeni il çəkilişlərinə qarışsa da, o, TrendLife-a açıqlamasında bildirib ki, paralel olaraq yeni mahnılar üzərində də çalışır. Hazırda bəstəkarlardan Nailə Mirməmmədli, Nadir Əzimov və Şəfiqə Axundova ilə işbirliyi quran sənətçi onu da qeyd edib ki, yaxın zamanlarda albomunu pərəstişkarlarının ixtiyarına verəcək. Müğənni albom barədə danışanda onu da vurğuladı ki, bəzi müğənnilərdən fərqli olaraq o, albomuna köhnə mahnıları daxil etməyəcək. 2008-ci ilin ilk ongünlüyündə isə Nüşabə Ələsgərli Nadir Əzimovun "Qızılgüllər" mahnısına klip çəkdirməyi də nəzərdə tutub.