Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Cüdo üzrə dünya çempionu İlham Zəkiyev ( 100 kq) və Ramin İbrahimov ( 66 kq) başa çatmaqda olan ildə Azərbaycanın ən yaxşı parolimpiaçıları elan olunub.
İlin parolimpiyaçısı idmançının beynəlxalq arenalarda əldə etdiyi nailiyyətləri əks olunan xüsusi cədvəl üzrə müəyyən olunub. Belə ki, 2004-Parolimpiadasının qalibi İ.Zəkiyev və San-Pauloda keçirilən mundialın qızıl mükafatçısı R.İbrahimov 80 bal toplayıblar. Bu göstərici ilə onlar dünya çempionatında üçüncü yeri tutan Tofiq Məmmədovu ( 90 kq) 10 bal qabaqlayıblar. Bununla belə hər üç idmançı Pekin Parolimpiadasına vəsiqə qazanıblar.
İlin məqçisi adına Əhməd Rəcəbli layiq görülüb. Belə ki, ounun rəhbərliyi altında cüdo yığmamız San-Pauloda uğurla çıxış edib.