Azərbaycan, Bakı, 28 dekabr /müx. TrendLife Günel Əhmədova/
R.Behbudov adına Mahnı teatrında uşaqlar üçün tamaşa hazırlanır. "Meşə pislikləri" adlı tamaşa Yeni il bayramı münasibəti ilə ərsəyə gətirilib. Teatrdan TrendLife-a verilən məlumata görə, musiqili teatr əsəri, dekabrın 30-dan yanvarın 5- dək, hər gün nümayiş etdiriləcək.
Öyrəndik ki, tamaşada meşə heyvanlarının pisliklərindənbəhs olunur. Onlar Şaxta baba ilə Qar qıza mane olmağaçalışaraq, hədiyyələri oğurlasalar da, sonda məğlub olurlar. Şaxta baba ilə Qar qız zaldakı uşaqların razılığı ilə, onların günahından keçəcəklər.