Azərbaycan, Bakı, 28 dekabr /müx. TrendLife Günel Əhmədova/
Dirijor Əyyub Quliyev Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək. Musiqiçi TrendLife-a bildirdi ki, gələn ilin yanvarında Sankt-Peterburqda keçiriləcək "Dirijorların paradı" adlı beynəlxalq festivalda iştirak edəcək. Onu layihəyə SSRİ xalq artisti, maestro Gennadi Rojdestvenski dəvət edib. Dirijor əlavə etdi ki, festivalda Fransa, Finlandiya, Rusiya, Böyük Britaniya, Almaniya və başqa ölkələrdən gənc dirijorlar iştirak edəcəklər. Quliyev festivalda Motsartın, Bethovenin və başqalarının əsərləri ilə çıxış edəcəyini söylədi.