...

Bəstəkar Gövhər Həsənzadə gələcəyin müəllimləri ilə görüşdü

Cəmiyyət Materials 29 Dekabr 2007 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr/müx. TrendLife Şahin Cavadsoy/

Əməkdar incəsənət xadimi titulu ilə bütün həmkarlarından fərqlənən Gövhər Həsənzadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşdü. Olduqca isti abu-havada baş tutan tədbirdə bəstəkar tələbələrin sual atəşinə tuş gəldi. Suallar bitər-bitməz səhnədə müğənnilərin iştirakı ilə konsert proqramı da keçirildi. İradə İbrahimova, Kərim, Xatirə İslam və Elnurun ifa etdiyi mahnılarla bəzənən tədbirdə gələcəyin müəllimləri əyləndilər. TrendLife-a verdiyi açıqlamasında tələbələrdən razılığını dilə gətirən Gövhər xanım yenə təvazökarlıq göstərib onu tərifləyən tələbələrə bu cür səsləndi: "Həmişə düşünürəm ki, hansısa uğura imza atmağım yalnız musiqisevərlərin adıyla bağlıdır. Ona görə də sənətə qiymət verməyi bacaran tələbələrə öz minnətdarlığımı bildirirəm. Yaşasın Azərbaycan gəncləri".

Xəbər lenti

Xəbər lenti