Azərbaycan, Bakı / müxbir Trend E.Hüseynli / Azərbaycanın futbol üzrə flaqmanı sayılan "Neftçi" peşəkar futbol klubunun baş məşqçisi dəyişdirilib. Klubdan cümə günü "Trendə" bildiriblər ki, klubun rəhbərliyinin qərarı ilə 80-ci illərin əvvəllərində "Dinamo Kiyev" klubunun əfsanəvi oyunçusu olmuş Anatoli Demyanenko "Neftçi"-yə baş məşqçi təyin olunub.
Demyanenko bu vəzifəyə təyin olunmazdan öncə "Dinamo Kiyev" FK baş məşqçi işləyib. Ötən ilin sentyabr ayında həmin klubun məşqçisi vəzifəsindən çıxdıqdan sonra heç bir klubu çalışdırmayıb. Qeyd edək ki, "Neftçi" klubunu çexiyalı mütəxəsis çalışdırırdı.
Klubdan yeni baş məşqçinin hansı müddətə "Neftçini" çalışdıracağı barədə məlumat verilməyib.