...

Azərbaycanda iqlim normasından aşağı şaxtalı hava şəraiti davam edəcək

Cəmiyyət Materials 14 Yanvar 2008 12:51 (UTC +04:00)
Azərbaycanda iqlim normasından aşağı şaxtalı hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda hava şəraiti bu gündən başlayaraq yanvarın 18-nə kimi nisbətən sabit keçəcək. "Həftənin birinci yarısında ölkədə hava şəraiti azbuludlu və yağmursuz keçəcək, temperatur qismən artacaq" bazar ertəsi

Trend ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva bildirib.

Son 10 gün ərzində Azərbaycan ərazisində və paytaxt Bakıda hava şəraiti şaxtalı və güclü qar yağması ilə müşahidə olunub. Hətta Azərbaycan paytaxtında yanvarın 7-8-i gecə rekord temperatur qeydə alınıb. Bakı və Abşeron yarımadasında mənfi 6-8 dərəcə şaxta olub. Bakıda yanvarın əvvəllərində heç vaxt bu cür mənfi temperatur qeydə alınmayıb. Yanvarın əvvəllində ən güclü şaxta 1935-ci ildə qeydə alınıb ki, həmin ildə gecə 3,5 dərəcə şaxta olub. Hidrometeoroloqlar Azərbaycanda anormal şaxtaların olduğu barədə dövlət qurumlarına 2 dəfə xəbərdarlıq göndərib.

Tağıyeva deyib ki, həftənin birinci yarısında paytaxt Bakıda və Abşeron yarımadasında gecə mənfi 1-4 dərəcə şaxta, gündüz isə müsbət 2-5 dərəcə isti, Aran rayonlarında gecə 2-7 dərəcə mənfi, gündüz 3-6 dərəcə isti, dağətəyi ərazilərdə isə gündüz 13-18 dərəcə, gündüz 1-6 dərəcə şaxta olacağı proqnozlaşdırılıb.

Direktor müavininin sözlərinə görə, temperatur göstəriciləri iqlim normasından aşağıdır.

Xəbər lenti

Xəbər lenti