...

Azərbaycan şiələri Aşura gününü qeyd edirlər (video)

Cəmiyyət Materials 19 Yanvar 2008 13:29 (UTC +04:00)
Azərbaycan şiələri Aşura gününü qeyd edirlər (video)

Azərbaycan, Bakı, 19 yanvar/ Trend , müxbir S.Ağayeva/ Bu gün bütün islam dünyasında olduğu kimi, Azərbaycanda da Məhərrəm ayının 10-cu günü - Aşura (aşura ərəbcə "10" mənasını verən "aşara" sözündəndir) qeyd edilir. Bu gün bütün məscidlərdə və müqəddəs ziyarətgahlarda xüsusi matəm tədbirləri keçirilir.

Şiələr bu günü Məhəmməd peyğəmbərin nəvəsi, Əli və Fatimənin oğlu imam Hüseynin xatirə günü kimi qeyd edirlər. O, Hicri təqvimi ilə 61-ci ildə Məhərrəm ayının 10-da (10 oktyabr 680-cı il) Kərbəla yaxınlığında öldürülüb. Hüseyn kiçik dəstəylə şiələrin nöqteyi-nəzərinə görə, xilafətdə ona məxsus olan hakimiyyəti ələ keçirmiş xəlifə Yəzidə qarşı çıxıb. Dəstə qırılıb, Hüseyn özü isə çoxsaylı deşici və kəsici yaralardan ölüb.

Kərbəla hadisəsi müasirlərə güclü təsir bağışlayıb. Hüseyn böyük şəhid kimi tanınıb, Kərbəla isə müsəlmanların ibadət yeri olub. Şiələr onun həlak olduğu günü xüsusi matəm mərasimləri ilə qeyd edirlər.

Azərbaycanlı dindarların əksəriyyəti Aşura gününü Təzə Pir, Əjdər, Nardaran və Bibi-Heybət məscidlərində qeyd edirlər. Xatirə mərasimləri "Quran"dan duaların oxunması ilə hələ ötən gecədən başlayıb. Ölkənin əsas məscidlərində talassemiyalı xəstələr üçün könüllü qan verilməsi ilə bağlı aksiyalar təşkil edilib. Azərbaycan Səhiyyə Nazirliyinin Gemotologiya və Transfiziologiya İnstitutunun tibbi heyəti Talassemiya Mərkəzinin qan bankı üçün donor qanı qəbul edir.

Bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ölkənin bütün müsəlmanlarına müraciət edərək onları dini matəmi sakit, özlərinə xətər yetirmədən keçirməyə və müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti