Azərbaycan, Bakı, 21 yanvar /müx. TrendLife Eldar Hüseynzadə/
Azərbaycanlı dirijor Fəxrəddin KərimovTürkiyədə konsert proqramı ilə çıxış edəcək. TrendLife-da olan məlumata görə, konsert fevral ayının ikinci ongünlüyündə Bursa şəhərində təşkil olunacaq. Tədbirin solisti dəfələrlə beynəlxalq mükafatlara layiq görülmüş professor, skripka ifaçısı İlya Qrubert olacaq.