...

Xanəndə İslam Rzayev komadan ayılıb

Cəmiyyət Materials 21 Yanvar 2008 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /müx. TrendLife Gnel Əhmədova/

Xalq artisti İslam Rzayevin ötən gün yayılan ölüm xəbəri təkzib olunub. Xatırladaq ki, xanəndə yanvarın 19-da koma vəziyyətində Neftçilər Xəstəxanasına aparılıb. Şəkərli diabetdən əziyyət çəkən və insult keçirən Rzayevin kliniki ölüm keçirdiyi bildirilir. Lakin ailə üzvləri onun ölüm xəbərinin həqiqətə uyğun olmadığını bildirərək, TrendLife-a belə bir açıqlama verib:"Neftçilər Xəstəxanasında İslam müəllimin vəziyyəti daha da kəskinləşib və o, Mərkəzi Klinik Xəstəxanasına aparılıb. Həkimlərin ciddi səyi ilə xəstənin vəziyyəti stabilləşib. Həkimlərin ilkin rəyinə görə, insult keçirən İslam müləllimin ürək- damar fəaliyyətində ciddi problemlər olub. Ötən günədək onun vəziyyəti qeyri-qənaətbəxş idi. Lakin axşam saatlarında onun vəziyyəti yaxşılığa doğru irəliləyib. Həkiimlərin ailə üzvlərinə bildirdiyinə görə, artıq xəstənin görmə, eşitmə və danışma problemləri aradan qaldırılıb. Ailə üzvlərinin onunla görüməsinə icazə verilir. Lakin Rzayevin hələ bir neçə gün reanimasiyada qalacağı deyilir. Palataya nə vaxt göçürüləcəyi vəziyyətin dəyişib-dəyişməyəcəyi ilə bağlıdır".

Öyrəndik ki, xanəndənin bütün ailə üzvləri klinikadadır. Gün ərzində sənət dostları klinikaya gələrək, onun vəziyyəti ilə maraqlanırlar. Lakin həkimin rəyinə görə, onlara görüş üçün icazə verilmir.

Xəbər lenti

Xəbər lenti