...

Olimpiya muzeyi Azərbaycan idmanının mərkəzi olacaq – MOK-un vitse-prezidenti

Cəmiyyət Materials 23 Yanvar 2008 15:29 (UTC +04:00)
Olimpiya muzeyi Azərbaycan idmanının mərkəzi olacaq – MOK-un vitse-prezidenti

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir Z.Səfərov / Olimpiya Hərəkatı və İdman Muzeyi bizim idman tariximizin nümayiş obyekti olmaqla yanaşı, Azərbaycanda olimpiya hərəkatının inkişafına yardım edəcək. Bu barədə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Bakıda belə muzeyin tikilməsinə dair ölkə prezidenti İlham Əliyevin fərmanından danışarkən Trend ə bildirib.

"BOK bütün iclas və konfranslarını Lozannadakı Olimpiya muzeyində keçirir. Bundan əlavə, muzey olimpiyaya aid ədəbiyyat dərc edir. Müxtəlif seminarlar keçirərək bütün dünyada olimpiya hərəkatını təbliğ edir. Hətta futbol üzrə Avrokubokların püşkatma mərasimi burada keçirilir. Biz də istəyirik ki, bütün Milli Federasiyalar muzeydə iclaslarını, mətbuat konfranslarını keçirsinlər. Muzey Azərbaycan idmanının elmi və mədəni mərkəzinə çevrilməlidir" - Hüseynzadə bildirib.

Xəbər lenti

Xəbər lenti