Böyük Britaniya, London, 28 yanvar / müxbir Trend G.Əhmədova / "Azərbaycanlı qadınların Londonda ən böyük problemi, onların ingilis dilini bilməmələridir. Dili bilmək isə onlra yaşıl işıq verir". Bunu 27 yanvar "Sara Xatun" cəmiyyətinin sədri Simuzər Baloğlanova təşkilatın ikinci iclasında bildirib.
"Azəbaycanlı qadınlar üçün öz hüquqlarını müdafiə etməsi üçün, ingilis dilini bilmələri vacibdir", - deyə o vurğuladı. Bununla cavan Könül xanım da razılaşdı və bildirdi ki, evdar qadın olmaqdansa qanunları bilmək yaxşıdır.
Cəmiyyətin sədrinin sözlərinə görə, bu gün vacib məsələlərdən biri "Azərbaycan Evi" tərkibində ingilis dili kurslarının açılmasıdır.
"Bundan sonra isə qadınların Böyük Britaniyanın digər qadın təşkilatları ilə əlaqələri yaxşılaşdırmaq olar", - deyə cəmiyyətin sədri bildirdi.
"Azərbaycan Evi"-də ilk dəfə keçirilən "Sara Xatun" iclasında 25 qadın və Nigar Həsənzadə də iştrak edirdi.
İştrak edənlərin fikirincə, onlar Böyük Britaniyanın içtimayyi həyatında aktiv iştrak edə bilmirlər. Onların çoxusu savadlı kadr olsalar da ingilis dilini bilməmələri onları evdar qadına çevirib. "Mən istərdim ki, siz anlayasız ki, siz tək evdar qadın deyilsiz, siz şəxsiyyətsiz", - deyə sədr vurğuladı.
Baloğlanovanın sözlərinə görə, "Sara Xatunun" gələcək iri layihələrdən biri "Azərbaycan kulinariyasının günü olacaq.
Sonra iştrakçılar arasında yeni layihələrin keçirilməsinə dair fikirlər səsləndi - sərgilərin keçirilməsi, milli rəqslərin qoyulması.
Cəmiyyətin sədiri qadınlara ayda bir dəfə iclas keçirmək təklifini irəli sürdü.
"Sara Xatun" böyük Britaniyada yaşayan qadınlar və qız tələbələr arasında gözəllik müsabiqəsinin keçirlməsini bəyan etdi və bununla ilk laihəsini reallaşdıracağını bildirdi.
2007-ci ildə Azərbaycanlı gənclər Klubunun təşəbbüsü nəticəsində yaranan "Sara Xatun" cəmiyyətinin əsas məqsədi - Böyük Britaniyada və Avropada yaşayan azərbaycanlı qadınların birləşdirilməsidir.