...

100 min dollardan aşağı toy oxumayacağam – Azərbaycan müğənnisi Bilal Əliyev

Cəmiyyət Materials 31 Yanvar 2008 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı,31 yanvar /müx. TrendLife Şahin Cavadsoy

Müğənni Bilal Əliyevin yerli şou-biznes sakinlərini özünə zəif rəqib sayması gündəmdə müzakirə olunan xəbərlərə liderlik edir. Xatırladaq ki,Əliyev maqazin verilişlərinin birində çıxış edərək söyləmişdi ki, yeni toy mövsümündə o, toylara 100 min dollardan az qonorora getməyəcək. Məsələyə münasibət bildirən bəzi şou əhli bunu absurd hesab etsə də, Bilal öz sözündən dönməyəcəyini TrendLife- a verdiyi açıqlamasında bir daha təsdiqlədi: "Bilirdim ki, bu açıqlamam əksər müğənniləri yerindən oynadacaq. Lakin mən yenə də öz fikrimdə qalıram. Qoy hamı bilsin ki, sözümün üstündə kişi kimi durub, 100 min dollardan aşağı toy oxumayacağam. Bir istəyim də odur ki, mənim bu qərarıma barmaqarası baxan həmkarlarımı da həmin toya çağırırm. Əmin olun ki, Bilal Əliyev toy bazarında çevriliş edəcək".

Xəbər lenti

Xəbər lenti