...

Azərbaycan Ali Məhkəməsinin yeni binası ilin sonunda istifadəyə veriləcək

Cəmiyyət Materials 18 Fevral 2008 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Ali Məhkəməsinin yeni binasının inşası ilin sonunadək yekunlaşacaq.

Bu barədə Ali Məhkəmədən məlumat verilib.Yeni binanın inşası üçün büdcədən 21 milyon manat vəsait ayrılıb. Ən müasir üslubda inşa edilən 26 min kvadratmetrlik beşmərtəbəli yeni binanın birinci mərtəbəsində hər biri 100 kvadratmetrlik 10 məhkəmə iclas zalı, arxiv otaqları, üst mərtəbələrdə elektron kitabxana, 400 kvadratmetrlik konfrans zalı, video-audio konfrans və treninq salonları, muzey, hakimlərin otaqları yerləşəcək.

Bakının Xətai rayonu ərazisində inşa olunan binanın təməli 2006-cı il avqustun 8-də qoyulub. 

Xəbər lenti

Xəbər lenti