...

Həmişə düzgün adam olmuşam - xalq artisti Aygün Bayramova

Cəmiyyət Materials 21 Fevral 2008 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /müx. TrendLife Safura/

Xalq artisti Aygün Bayramovanın yaradıcılıq işinə o qədər başı qarışıb ki, şəxsi həyatı yaddan çıxıb. Söhbət gedir ki, xanəndənin xasiyyəti o qədər ağırdır ki, çoxları onu sevmir. Lakin Aygün xanım bununla razılaşmır, səbəbini TrendLife-a başqa cür izah edir:

"Son vaxtlar tez-tez muğam müsabiqələrində jüri qismində iştirak edirəm. Maraqlısı isə odur ki, ifaçını tərifləyəndə olursan yaxşı, pisləyəndə isə məndən pisi olmur. Sizə bir söz deyim ki, həmişə düzgün adam olmuşam, ona görə də bir çoxları məni sevmir. O ki, qaldı xasiyyətimin ağır olmasına, vallah məni elə belə də sevirlər. Sadəcə, yaxşı kişi tapa bilmirəm ki, ailə quram. Söz verirəm, axtardığım insan qarşıma çıxan kimi mütləq ailə quracam".

Xəbər lenti

Xəbər lenti