...

Gürcüstanda Azərbaycanın Xocalı şəhərində baş vermiş faciənin 16-cı ildönümü qeyd edilir

Cəmiyyət Materials 25 Fevral 2008 14:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 fevral/ " , müxbir N.Kirtsxalia/ Bu günGürcüstanın Marneuli rayonunda, Kvemo Kartli və Tbilisidə Xocalı şəhərində baş verən faciənin 16 illiyinə həsr olunmuş Anım tədbirləri keçirilir.

Tədbirlərdə Azərbaycan və Gürcüstan ictimaiyyətinin, diplomatik korpusun nümayəndələri, deputatlar, alimlər iştirak edirlər. Bu barədə Trend a bazar ertəsi Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən məlumat verilib.

Marneulidə, Azərbaycanın Mədəniyyət Mərkəzində tədbirlər çərçivəsində Xocalı hadisələrinin qurbanlarına həsr olunmuş foto sərgi və Heydər Əliyev Fondu tərəfindən hazırlanan "Xocalı - bir şəhərin faicəsi" filminin təqdimatı keçiriləcək.

Həmin gün Tbilisi Dövlət Universitetində (TDU) Xocalıdakı soyqırıma həsr olunmuş "Post-sovet məkanında ərazi münaqişələri" elmi-praktiki konfrans təşkil ediləcək. Konfransda bugünkü təcavüzkar separatçılığın özündə daşıdığı təhlükə və təhdidlərə və onun müasir, qloballaşan dünyaya mümkün təsirinə toxunan məsələlər müzakirə ediləcək.

Konfrans Azərbaycan səfirliyi və İ.Djavahişvili adına TDU tərəfindən təşkil olunub və "Azərbaycanın Dostları Klubu"nun auditoriyasında keçirilir. Burada tədbirin qonaqlarına kitab ekspozisiyası və Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalıda soyqırımı" foto sərgisi təqdim edilib.

Xəbər lenti

Xəbər lenti