...

Strasburqda Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçiriləcək

Cəmiyyət Materials 25 Fevral 2008 15:34 (UTC +04:00)

Fransa, Strasburq, 25 fevral / Trend , müxbirlər A.Məhərrəmli, S.İlhamqızı/ Xocalı soyqırımının 16-cı ildönümü ilə əlaqədar fevralın 26-da Fransanın Strasburq şəhərində Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən anım mərasimi keçiriləcək. Bu barədə Trend ə Daimi Nümayəndəlikdən məlumat verilib.

Mərasimdə Xocalı faciəsi qurbanlarının xatirəsi yad ediləcək, Azərbaycan xalqına qarşı törədilmiş, insanlıq tarixində ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımının əsl mahiyyəti haqqında, eləcə də Azərbaycan hökumətinin bu istiqamətdə ardıcıl şəkildə həyata keçirdiyi tədbirlər barədə məlumat veriləcək.

Mərasimdə Daimi Nümayəndəliyin əməkdaşları ilə yanaşı, xarici qonaqlar, Strasburqda təhsil alan azərbaycanlı tələbələr və diaspor nümayəndələri iştirak edəcəklər.

Həmçinin bildirilib ki, Daimi Nümayəndəlik tərəfindən Xocalı soyqırımı haqqında tutarlı məlumatları özündə əks etdirən pres-reliz hazırlanıb və Avropa Şurasının Katibliyi, üzv ölkələrin Daimi Nümayəndəlikləri, eləcə də Strasburqda fəaliyyət göstərən Konsulluqlar arasında yayılıb.

Xəbər lenti

Xəbər lenti