Azяrbaycan,Bakы,287 fevral / Trend , mцxbir K. Zяrbalыyeva/ Bakıda həbs olunmuş Britaniya vətəndaşının ekstradisiyası ilə bağlı Ədliyyə Nazirliyi icraata başlayıb. Bu barədə cümə axşamı Trend a Ədliyyə Nazirliyi Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Zavər Qafarov məlumat verib.
Qafarov bildirib ki, Böyük Britaniyanın Şimali İrlandiya Birləşmiş Krallığının vətəndaşı Patrik O' Brayanın təslim eilməsi ilə bağlı Azərbaycanın Ədliyyə Nazirliyinə sorğu daxil olub.
Qafarovun sözlərinə görə, O' Brayan Azərbaycanın və Böyük Britaniyanın üzvü olduğu "Ekstradisiya haqqında" 1957-ci il Avropa Konvensiyasına uyğun olaraq' məhkəmənin qərarı ilə həbs edilib.
Bakı şəhəri Səbail rayon məhkəməsi cümə axşamı azyaşlı qohumlarını zorlamağa cəhddə ittiham olunan 49 yaşlı Böyük Britaniya vətəndaşı Patrik O'Brayan barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarıb.
Qafarov bildirib ki, Böyük Britaniyanın səlahiyyətli məhkəməsi O'Brayanın həbsi barədə 1 il öncə qərar çıxarıb.
Britaniya vətəndaşı Patrik O'Brayanı beynəlxalq axtarışda olub və fevralın 26-da Azərbaycan hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Bakıda saxlanılıb.
O'Brayanın vəkili Fikrət Mirzəyev bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs 19 yaşında törətdiyi cinayətə görə təqsirli bilinir. Sənədlərdə onun qardaşı oğlu və qardaşı qızını zorlamağa və uşaqbazlığa cəhddə ittiham olunduğu göstərilib.
Hakim Araz Hüseynovun sədrliyilə keçirilən qapalı məhkəmə iclasında müttəhim ifadə verməkdən imtina edib. Hakim Hüseynovun Trend a bildirdiyinə görə, Britaniyanın Azərbaycandakı səfirliyi müttəhimin ektradisiyası barədə Azərbaycan Ədliyyə Nazirliyinə müraciət edib.
Təqsirli bilinən şəxsin vəkilinin sözlərinə görə, O'Brayan Ваkıda fəaliyyət göstərən, adı açıqlanmayan bir xarici şirkətin rəhbəridir.