...

USAİD Cəlilabadda kənd məktəbinin bərpası layihəsini həyata keçirib

Cəmiyyət Materials 4 Mart 2008 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend / Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) İcma İnkişafı Fəaliyyəti Proqramı və Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) həyata keçirdiyi məktəbin dam örtüyünün bərpası layihəsini başa çatdırıb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat şöbəsindən məlumat verilib.

Məlumata əsasən, bu layihənin icrası Amerika xalqının vəsaiti ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) İcma İnkişafı Fəaliyyəti çərçivəsində, CHF International və AzKİL təşkilatları tərəfindən həyata keçirilib. Layihə USAİD-in İcma İnkişafı Fəaliyyəti Proqramı çərçivəsində, Privolnoye İcma İnkişaf Şurası tərəfindən prioritet kimi müəyyən olunub.

Cəlilabad rayonunun Privolnoye kənd məktəbinin dam örtüyünün bərpası şagirdlərin sağlamlığına mənfi təsirləri aradan qaldırmağa, eləcə də icmada dərsə davamiyyəti və təhsilin səviyyəsini artırmağa kömək edəcək.

1992-ci ildən bu günədək USAİD Azərbaycana $284 milyon məbləğində vəsait xərsləyib.

Xəbər lenti

Xəbər lenti