...

Azərbaycanın Əfv komissiyası 200-dən artıq müraciətə baxacaq

Cəmiyyət Materials 6 Mart 2008 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend ", müxbir E.Hüseynli/ Azərbaycan Prezidenti yanında Əfv komissiyasının sabah növbəti iclası keçiriləcək. "Komissiya növbəti əfv fərmanı üçün daxil olan 200-dən artıq müraciətə baxacaq" cümə axşamı Trend ə Əfv komissiyasının üzvü Vaqif Səmədoğlu bildirib.

Azərbaycan prezidenti tərəfindən sonuncu Əfv fərmanı dekabrın 31-i Yeni il bayramı ərəfəsində imzalanıb. Bu Əfv fərmanı 117 məhbusa şamil olunub. 2-sinin cəza müddəti azaldılıb, 115 nəfər isə azadlığa çıxıb.

1995-ci ildən bəri Azərbaycanda ümumilikdə 44 Əfv fərmanı imzalanıb. Bu fərmanlar 4500-dən artıq məhbusa şamil olunub.

Səmədoğlu deyib ki, komissiya iclasda müraciətlərə peşə münasibətlərinə görə yox, törətdiyi cinayətlərə görə baxır. Əfv komissiyasının üzvü həbsdə olan jurnalistlərin də müraciətinə baxılmasının mümkün olduğunu bildirib.

Azərbaycanda 3 jurnalist həbsdədir.

Növbəti Əfv fərmanının Novruz bayramı ərəfəsində imzalanacağı gözlənilir. Əfv komissiyası son bir həftədə iki iclasını keçirib.

Xəbər lenti

Xəbər lenti