...

Azərbaycan-İtaliya oyununu Çernoqoriyadan olan arbitrlər idarə edəcək

Cəmiyyət Materials 12 Mart 2008 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir Z.Səfərov/ Gənclər arasında Avropa çempionatının seçmə oyunları çərçivəsində, martın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan-İtaliya oyununu Çernoqoriyadan olan arbitrlər briqadası idarə edəcək.

AFFA-dan verilən məlumat görə, oyunun baş hakimi Pavel Radovanoviç olacaq. Meydanda ona yan xətt hakimləri Miloş Raduloviç və Srdjan Koraç kömək edəcəklər. Futbol Femidasının dördüncü təmsilçisi Nikola Dabanoviç olacaq. O, oyun zamanı dəyişikliyin edilməsi, texniki zona və məşqçi korpusuna nəzarət həyta keçirəcək.

İtaliyalılar görüşün favoritləri hesab olunur. Onlar ötən il Azərbaycan komandasına qalib gəliblər və qitə birinciliyinin final mərhələsinə çıxacaq əsas namizədlərdən hesab olunurlar.

Xəbər lenti

Xəbər lenti