Azərbaycan, Bakı, 13 mart /müx. TrendLife Şahin Cavadsoy/
Şotland sevgilisindən ayrılan müğənni Samir Bağırov özünü ev dustağına çevirib. Bu barədə məlumatı TrendLife-a sənətçinin yaxın dostlarından biri verdi. Adının çəkilməsini istəməyən həmkarının sözlərindən o da məlum oldu ki, Samir artıq 20 gündən çoxdur ki, depresiyadadır: "İndi gecəsini-gündüzünü ağlamaqla keçirən Samir çox pis günlər yaşayıb. Onun bir təsəllisi var. O da evdəki kompüterinin qarşısından kənarlaşmamaq. Dəfələrlə demişəm ki, belə getsə gözlərini tutacaq. O, ancaq yaxın dostu Aygün Kazımovanın "Yenə tək" mahnısını dinləyərək, "mail.ru"-nun çatında Adam adlı sevgilisini axtarır".
Deyilənlərə görə, Samir Bağırovun dəyişməz niki də var. Əgər aranızda sözügedən çatın otaqlarında gününü keçirən yuzerlər varsa, bilin ki, rastlaşacağınız "Ağlayan gözlər"nikinin sahibi müğənni Samir Bağırova məxsusdur.
Əminik ki, bu olanlara şərh verməkdə sənətçinin özü maraqlı olacaq.