...

Azərbaycan müğənnisi Xatun San-Fransiskoya gedir

Cəmiyyət Materials 13 Mart 2008 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /müx. TrendLife Şahin Cavadsoy/

Bu barədə TrendLife-a müğənninin prodüseri Hüseyn Cavadzadə məlumat verdi: " Bu təklif bizə Amerikanın San-Fransisko şəhərində yerləşən "Milestoun music" şirkəti tərəfindən gəlib. Çox güman ki, aprel ayının sonunda biz həmin musiqi şirkətinin rəsmi nümayəndələri ilə görüşüb müqaviləyə imza atacağıq. Hələlik altı ay ərzində nəzərdə tutulan sazişin gələcəkdə uzadılacağı ehtimalı çox böyükdür. Səfərimizin bir az gec gerçəkləşməsinin başqa səbəbi isə, bəzi işlərimizin öz həllini tapmaması ilə bağlıdır. Xatun öz pərəstişkarlarına bir neçə süpriz vəd verir. Musiqi albomunun son tamamlama işləri də gedir. Yəqin ki, yaxınlarda bu toplunu dinləyicilərə təqdim edəcəyik".

Əməkdar artist Sevda Ələkbərzadə Almaniyanın "Network Medien" musiqi şirkəti ilə müqavilə imzalayanda, bu addımı media mənsublarının gözü önündə həyata keçirdi. Bu prosesi Xatun necə edəcək?-sualınıCavadzadə bu cür cavblandırdı: "Müqavilə "Milestoun music"in yerləşdiyi San-Fransiskoda imzalanacaq. Yəqin ki, həmin mərasimdən çəkiləcək video görüntüləri yerli medianın diqqətinə çatdıracağıq. Müqavilə bağlanandan sonra isə, Xatunun Bakıdakı fəaliyyəti bir xeyli məhdudlaşdırılacaq".

Xəbər lenti

Xəbər lenti