...

Cüdo üzrə Avropa çempionatına Azərbaycanın yığması müəyyənləşib

Cəmiyyət Materials 13 Mart 2008 18:56 (UTC +04:00)

.

Azərbaycan, Bakı, 13 mart, / Trend , müxbir Z.Səfərov/ Avropa çempiotında iştirak etmək üçün Cüdo üzrə Azərbaycan yığmasının tərkibi müəyyənləşib. Çempionat aprel ayının ortalarında Portuqaliyada keçiriləcək.

Trend un məlumatına görə, Portuqaliyaya Ramil Qasımov (66kq), Elnur Məmmədli ( 73 kq), Mehman Əzizli ( 81 kq.), Elxan Məmmədov ( 90 kq), Mövlud Mirəliyev ( 100 kq), Kifayət Qasımova (57kq) və RamiləYusufova( 63 kq) gedəcək. Belə ki, Olimpiadaya lisenziyanı Braziliyada keçirilən dünya çempionatında qazanmış Yusufova və Məmmədlidən başqa, cüdoçular Avropa Cüdo Birliyinin reytinq cədvəlində aparıcı yer tutublar və "Oyun -2008"ə buraxılış əldə etməyə yaxındırlar.

Belqradda keçən il keçirilən qitə birinciliyində Qasımovanın səyləri nəticəsində komanda bürünc medal qazanıb.

Xəbər lenti

Xəbər lenti