...

Əməkdar artist Brilyant Dadaşova türk fotoqrafa şəkillər çəkdirəcək

Cəmiyyət Materials 14 Mart 2008 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /müx. TrendLife Şahin Cavadsoy/

Sözsüz ki, yeni fotosessiya üçün. Bu barədə əməkdar artist TrendLife-a məlumat verdi: "Təvazökarlıqdan uzaq olsa da, yerli müğənnilər arasında ilk olaraq mənim şəxsi internet saytım açılıb. İndi veb səhifədə bəzi dəyişikliklər etmək fikrindəyəm. "www.brilliantdadashova.com" ünvanında ediləcək dəyişikliklərin əsas hissəsini fotolar təşkil edəcək. Buna görə də, Türkiyəyə növbəti səfərim zamanı birinci işim, adını sirr saxladığım fotoqrafla görüşüb, şəkillər çəkdirmək olacaq. Fotoqrafın adını gizli saxlamağım həmkarlarımın tez-tələsik ona müraciət etmək istəklərinin olmasilə bağlıdır. Amma bu o demək deyil ki, yerli fotoqraflarımızın işlərini bəyənmirəm. Vaxtı çatanda onların da obyektivlərinin qarşısına keçərəm".

İstanbula Novruz bayramından sonra gedəcəyinideyən Brilyant xanım, yeni albomunun son tamamlama işləri ilə maraqlanacağını dabildirdi.

Xəbər lenti

Xəbər lenti