...

Azərbaycanda Novruz bayramı günlərində hava sabit olacaq

Cəmiyyət Materials 17 Mart 2008 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend ", müxbir E.Hüseynli/ Azərbaycanda Novruz bayramı günlərində hava sabit olacaq. Bu barədə bazar ertəsi Trend "a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib.

Azərbaycanda martın 20-21-də Novruz bayramı qeyd edilir.

Tağıyeva deyib ki, martın 19-dan 22-dək Azərbaycanda hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz, arabir güclənən cənub-qərb küləyi ilə müşahidə olunacaq. Paytaxt Bakı və Abşeron yarımadasında, Gəncə-Qazax bölgəsində və Aran rayonlarında gündüz havanın temperaturu 18-23 dərəcə olacaq.

Martın 22-dən sonra isə havanın qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. Temperatur bir neçə dərəcə düşəcək.

Xəbər lenti

Xəbər lenti