...

Müğənni Elza Seyidcahan və prodüsser Sayqa nəyi bölə bilmədilər

Cəmiyyət Materials 31 Mart 2008 19:09 (UTC +04:00)

Azgrbayəan, Bakı, 31 mart /möx. TrendLife Safura/

Elza Seyidcahanla Xuraman Şuşalının qonaq qismində iştirak etdikləri "VİP klub" verilişindən sonra, səhnə arxasında yaranan səs küy TrendLaifın müxbirinin diqqətini cəlb edib. Səhnə arxasına keçənlər Xuramanın prodüseri Sayqa ilə Elza Seyidcahanın bir- birilə yüksək tonda danışmasının şahidi olublar. Aralarında yaranan narazılığın səbəbini Sayqa belə açıqladı:

" Elza mənim vasitəmlə gündəmə gəlmək istəyir. Mən bu xoşbəxtliyi ona nəsib etməyəcəyəm. Aramızda yaranan söz- söhbət köhnə söhbət idi. Nə lazımdırsa Elzanın üzünə dedim. Onun haqqında bildiklərimi danışsam, onda gərək Elza Bakıdan köçüb getsin"

Elza xanımdan bu məsələ ilə bağlı açıqlama verməsini istəyəndə, müğənni heç bir qalmaqalın olmamasını bildirsə də, heç kimnən qorxmadığını, Sayqanın yanında heç bir əskik işinin olmamasını da söylədi:

"Mən nə Sayqanın evinə getmişəm, nə də onunla elə yaxın deyiləm ki, o mənim barəmdə nə isə desin.Nə isə deyərsə, cavabını da alar. Hər kəsi yevrində oturtmağı baçarıram."

Köhnə söhbət təzələndi. Şou aləmində bir- birini sevməyənlərin sayı artdı. Müğənni Elza Seyidcahan və prodüser Sayqanın bölə bilmədikləri şərikli malları var.

Xəbər lenti

Xəbər lenti