Azərbaycan, Lənkaran, 1 aprel / Trend müxbir P.Əliyeva/ Azərbaycan Ekologiya və Təbii Sərəvtlər Nazirliyinin 1 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşları tərəfindən 2008-ci ilin 3 ayı ərzində qanunsuz fəaliyyətlə bağl inzibati qaydada 36 akt tərtib olunub. Şöbənin rəis müavini Əlizamin Həmidovun bildirdiyinə görə qanunsuz olaraq 40 kub metr həcmində meşə materialı aparmağa cəhd edilərkən müsadirə olunub, qanunsuz ovla məşğul olan şəxslərdən 45 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə toplanmış materiallar qanunamüvafiq tədbirlər görülmək üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Həmidov 2007-ci il ərzində qanunsuz faktla bağlı tərtib edilmiş 465 aktın 16-sı su, 27-si hava, 5-i torpaq,107-si yerin təki, 224-ü flora-meşə, 33-ü tullantı və s. üzrə olduğunu qeyd edib.