...

Jurnalistlər peşə fəaliyyətinə görə həbs edilməməlidirlər – Aqo qrupu (video)

Cəmiyyət Materials 4 Aprel 2008 20:43 (UTC +04:00)
Jurnalistlər peşə fəaliyyətinə görə həbs edilməməlidirlər – Aqo qrupu (video)

Azərbaycan, Bakı, 04 aprel/ Trend ,müxbir K.Ramazanova/Jurnalistlər peşə fəaliyyətlərinə görə həbs edilməməlidirlər.

"Heç kim öz fikirlərinə görə həbs edilməməlidir. Bu, Azərbaycanın Avropa Şurası haqqında öhdəliklərdə öz əksini tapıb",- cümə günü Avropa Şurası Nazirlər Kabinetinin sədri Per Sörgen mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, jurnalistlərin həbsi Avropa Şurasını narahat edir və məsələ tezliklə həll edilməlidir.

"KİV azadlığı məcburi azadlıqdır və o, məhdudlaşdırıla bilməz", - o bildirib.

Sörgen onu da qeyd edib ki, radio və teleyayım haqqında Qanuna, həmçinin, diffamasiyaya görə məsuliyyətə cəlb edilmə məsələsinə yenidən baxmaq lazımdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti