...

Şoumen Murad Dadaşov yeni layihələr üzərində işləyir

Cəmiyyət Materials 7 Aprel 2008 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel /müx.r. TrendLife Turkan İmaməliyeva/

Azərbaycanda müğənnilər arasında rəqabət iddiası olduğu kimi,  şoumenlər arasında da seçilmək, fərqlənmək istəyi güclüdür.  Murad Dadaşov məhz bu gün üçün o şoumelərdən sayılır ki, təqdim etdiyi hər biriş, telelayihə böyük tamaşaçı auditoriyasının diqqətini çəkə bilir. Ancaq Murad təkcə təqdim etdikləri ilə kifayətlənməyi sevmir. O yeniliyə üstünlük verir. Dadaşovun "Maşın" realiti-şousu ilk addımdan böyük rezonans doğurdu. Ancaq Muradın sözlərinə görə, bu şou nə qədər maraqlı proyekt olsa da, yeni layihələr hazırlanmasına ehtiyac hiss edir. Yəqin elə bu səbəbdəndir ki, Murad şou-biznesdə, yaradıcılığında imicini "Maşın" layihəsi ilə möhürləmək istəmir. "Mən "Maşın"ın qurbanı olmaq istəmirəm"- deyən Dadaşov bu səbəbdən Azərbaycan teleməkanında başqa yeni layihələrlə ajiotaj yaratmağı düşünür. Şoumen "Trend Layf"a yenilikləri barədə də müəyyən açıqlamalar verdi. Məlum oldu ki, Dadaşov yaxın zamanlarda seriallarla bağlı layihələri gerçəkləşdirməyi düşünür. Bu barədə danışan M.Dadaşov "Mən təkcə "Maşın" realiti-şousu ilə yadda qalmaq istəmirəm. Düşünürəm ki, tamaşaçı hər zaman yenilik görmək istəyir. Ona görə də mən bu istəyi nəzərə alıb, axtarışda oluram. Məlumat üçün onu da qeyd edim ki, bu il "M qrup prodakşn"ın 5 ili , mənim də 30 yaşım tamam olur. Ona görə də iki yubileyi bir araya gətirərək, tamamilə yeni bir formatda maraqlı layihələrlə tamaşaçı qarşısına çıxmağı nəzərdə tutmuşam. Bir verilişimiz musiqili veriliş olacaq. Böyük mənada qeyri-adi məqamlar olmasa da, maraq doğuracağına əminəm. Bundan əlavə, "Lider" kanalından sifariş almışam və onlarla da yeni bir veriliş üzərində çalışırıq.

Xəbər lenti

Xəbər lenti