...

Göyçək Fatimə peşəkar müğənni kimi mənimlə duet oxuyacaq - Azərbaycan müğənnisi Emil

Cəmiyyət Materials 7 Aprel 2008 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel /müx.TrendLife Şahin Cavadsoy/

30 illik yubileyini təmtəraqla qeyd edən rəqqasə Göyçək Fatimə ən şad günündə media mənsublarının diqqətini çəkən bir açıqlama ilə çıxış etdi: "müğənni olacağam". Bu xəbərdən üç gün ötsə də, artıq onu peşəkar müğənni kimi qəbul edən bəzi kişi həmkarları konkret təkliflə çıxış ediblər. Bu sırada "N brothers" qrupunun eks-solisti Emilin adı birinci səslənir. Müğənni TrendLife - a verdiyi açıqlamasında dedi: "Mən onunla duet oxumaq təklifi ilə çıxış edirəm. Əminliklə söyləyirəm ki, özünü ifaçı kimi təsdiqləyəndən sonra, Göyçək Fatimə peşəkar müğənni kimi mənimlə duet oxuyacaq".

İndi qalır Fatimənin cavabı. Çox güman ki, eks-rəqqasə həmkarının arzusunu gözündə qoymaz.

Xəbər lenti

Xəbər lenti