...

Azərbaycanın cüdo yığması Avropa çempionatına yola düşəcək

Cəmiyyət Materials 7 Aprel 2008 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın cüdo yığması aprelin 8-də səhər həftənin sonlarında keçiləcək və lisenziya statusuna malik olacaq Avropa çempionatında iştirak etmək üçün Lissabon şəhərinə yola düşəcək.

Komandanın tərkibinə Dünya Universiadasının qalibi Ramil Qasımov ( 66 kq), dünya çempionatının gümüş mükafatçısı və Olimpiya vakansiyasının sahibi Elnur Məmmədli ( 73 kq), Mehman Əzizov ( 81 kq), Elxan Məmmədov ( 90 kq), Mövlud Mirəliyev ( 100 kq), Avro-2007-nin bürünc mükafatçısı Kifayət Qasımova ( 57 kq) və Ramilə Yusubova ( 63 kq) daxildir.

Yusubova istisna olmaqla, bizim bütün atletlərimiz EJU reytinqində aparıcı mövqedə qarırlaşıb və Olimpiya lisenziyası qazanmağa yaxındır. Bu günə qədər Məmmədli bu vəzifənin öhdəsindən gəlib və o, Lissabonda yalnız medal uğrunda mübarizə aparacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend @trend.az

Xəbər lenti

Xəbər lenti