...

Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı yeni eşqə düşüb

Cəmiyyət Materials 14 Aprel 2008 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /müx. TrendLife Safura/

Əməkdar artist Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı, rejissor Rəhman Əliyev yeni eşqə düşüb. Müğənni Günay Şuşalıya çəkdiyi bütün kliplərdə baş rol verən rejissor, Günay ilə aralarında olan bu yaxın münasibətin məhəbbətə qədər gəlib çıxdığını bildirdi. Rejissor Rəhmandan "Günaya olan məhəbbətiniz yeni ailənin yaranması ilə nəticələnəcəkmi" soruşanda, - "Ola bilər" dedi. Fürsətdən istifadə edən rejissor növbəti dəfə müğənni Günayı reklam etdi: "Günay sentyabr ayında yeni ampulada, yeni albom ilə Azərbaycanda yenilik edəcək".

Günayı hər barədə irəli çəkən rejissordan yenidən nakam məhəbbət yaşamaqdan, atılmaqdan qorxub-qorxmadığını soruşanda, o, "Hər şeyi zaman göstərər" deyərək, insanlara inamını itirmədiyini bildirdi: "Məndən həmişə istifadə ediblər. Yəqin ki, buna özüm imkan vermişəm. Mən dəyişə bilmirəm. Yaxşılıq etmək mənim missiyamdır".

Xəbər lenti

Xəbər lenti