...

Azərbaycan jurnalistlərinin IV qurultayı iyunun ikinci yarısında keçiriləcək

Cəmiyyət Materials 16 Aprel 2008 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir S.İlhamqızı/ Mətbuat Şurası İdarə Heyətinin bu gün keçirilən iclasında Azərbaycan jurnalistlərinin IV qurultayının iyunun ikinci yarısında keçirilməsi barədə qərar qəbul olunub. Bu barədə Trend a Mətbuat Şurasından məlumat verilib.

Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin tərkibi yenə də bütövlükdə İdarə Heyətinin üzvlərindən formalaşdırılıb.

İH üzvləri eyni zamanda Şuranın Ali Məclisinə hazırlıq üzrə İşçi qrupun təşkili barədə də ümumi razılığa gəliblər. Beş nəfərdən ibarət həmin qrupa rəhbərlik Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadəyə həvalə olunub.

Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilməsi ilə bağlı təkliflər əsasında layihə də hazırlanacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti