...

Mən qızımı uşaq evindən götürməmişəm-əməkdar artist Xanım Qafarova

Cəmiyyət Materials 21 Aprel 2008 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /müx. TrendLife Safura/

Əməkdar artist Xanım Qafarova haqqında müxtəlif şayiələr gəzməyə başlayıb. Guya, o, ailə qurduqdan sonra səhnədən uzaqlaşıb. Olanlara aydınlıq gətirmək üçün TrendLife aktrisanın özü ilə əlaqə saxladı. "Deyim ki, gəzən söhbətlər şayiədən başqa bir şey deyil. Üç ay bundan əvvəl ana olmuşam. Uşağın 40 günü tamam olmamış işə çıxmaq məcburiyyətində qalmışam. Özünüz də yaxşı bilirsiniz ki, işləyən insan üçün körpə uşağa baxmaq çox çətindir. İşdə olduğum vaxtlarda qızım Gövhərə (anasının adını verib) anam baxır.

-Maraqlıdır, biz sizi heç vaxt hamilə görməmişik. Bir çoxları özlərinin həmin vəziyyətdə olarkən reklam edirlər. Siz isə əksinə, gizlətdiniz?

-Mən belə şeylərdən uzaq insanam. İnsan hamiləliyini necə reklam edə bilər? Həyat yoldaşım da bunun əleyhinə idi. Paxıllığımı çəkən insanlar deyirdilər ki, yoldaşımdan ayrılmışam, indi də yəqin qızımın götürülmə qız olduğunu iddi edərlər. Lakin həmkarlarım, 1№-li uşaq evinin həkimləri Gövhərin doğma qızım olduğunu təsdiqləyə bilərlər. Allah izin versə, ikinci uşaq da istəyirəm. Düzdür, yaradıcı insan üçün çətin də olsa, lakin ailə, uşaq mütləqdir.

Xəbər lenti

Xəbər lenti