...

Yerli telekanalların aparıcıları müğənnilərlə ailə qurmaq istəməzdilər

Cəmiyyət Materials 24 Aprel 2008 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /müx. TrendLife Nigar Musayeva/

Hər gün aparıcılar efirdə, müxtəlif şou-proqramlarda, estrada müğənnilərinin görünüşlərini, daxili dünyalarının nə qədər zəngin olduğunu söyləməkdən yorulmurlar. Bəs, görəsən onlardan hansı müğənni ilə ailə qurmaq istərdi? Məhz, bu sualla biz yerli aparıcılara müraciət etdik.

İlkin Həsənli: "Sözün düzü, hələ elə bir müğənni yoxdur ki, mən onunla ailə qurmaq istəyim. Çünki, şou-proqramların aparıcısı kimi onları tamaşaçılardan daha yaxşı tanıyıram. Bundan əlavə onların şəxsi həyatlarına da bələdəm. Bu bilgim də imkan vermir ki, onların hansıylasa ailə qurum".

Nəsib Nur: "Əvvəla yaxın zamanlarda ailə qurmaq niyyətində deyiləm. Çünki hazırda məni yalnız karyera maraqlandırır. İkincisi isə açıq etiraf edirəm ki, heç vaxt müğənni xanımla evlənməzdim. İstərdim ki, gələcək həyat yoldaşım ya müəllimə, ya da həkim olsun. Onda mənim ürəyim sakit olar. Hətta müğənni xanım mənə görə, səhnəni atsa belə razılaşmaram. Çünki onun keçmişi məni rahat buraxmaz. Bütün ulduzlar mənim dostumdur, onlarla çox gözəl münasibətdəyəm".

Zaur Baxşəliyev: " Heç bir müğənni ilə ailə qurmaram. Çünki onların heç biri mənə layiq deyil. Ddostluq etmək olar. Ondan başqa heç nə. Mən köhnə fikirli insanam. Qadının açıq-saçıq geyinməsini sevmirəm. Ona görə də onların heç biri həyat yoldaşı kimi mənə yaramaz".

Əkbər Əlizadə: "Heç biri ilə evlənməzdim. İstəməzdim ki, səhnə xanımı ilə ailə qurum. Mənim səhnədə olmağım kifayyətdir. Yerigəlmişkən, evliyəm. Həyat yoldaşım da konservatoriyanı bitirib. O, da vokalçı olmaq arzusunda olub. Lakin ailəsinə görə, yaradıcılıq planlarından imtina edib".

Xəbər lenti

Xəbər lenti