...

Müğənni Mətanət Əsədova Alim Qasımovla duet oxumaq istəyir

Cəmiyyət Materials 28 Aprel 2008 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /müx. TrendLife Günel Əhmədova

Müəyyən fasilədən sonra məclislərin birində KİV nümayəndələrinə açıqlamalar verən müğənni Mətanət Əsədova bunun ardınca sənətə təkan verəcək fikirlər söyləyib. Yaxın aylarda sənətkarlardan biri ilə duet oxumaq niyyətində olan M.Əsədova hələ ki, seçim aparır. Onun TrendLife-a bildirdliyinə görə, bu, tarixə düşə biləcək ideya olmalıdır. Hansı janrda və ya kimnlə oxumaq istədiyini xəbər alanda müğənni milli üsluba meyilli olduğunu qeyd etdi. Duet ortağına gəlincə, "Müəllimimlə duet oxumaq çoxdankı arzumdur. Hələki onun adı üzərində dayanmışam. Amma Alim Qasımova bu barədə təklifim olmayıb. Çünki bu, böyük məsuliyyət tələb edir" dedi.

Müğənninin sənətdə yeni addımlarını atan sətənçilərə isə tövsiyəsi oldu: "Geyimlərinə, hərəkətlərinə diqqət yetirsinlər. Sənəti zövqsüzlüklə ucuzlaşdırmaq olmaz".

Milli musiqilərin təbliğatında xidmətlərini davam etdirən Mətanət Əsdəova heç vaxt estradaya meyilli olmadığını bildirdi. Repertuarını yaxın aylar üçün təzələməyi düşünən Mətanət Əsədova muğamlardan ibarət proqram hazırlamağı da yaradıcılıq planlarına daxil edib.

Xəbər lenti

Xəbər lenti